Azərbaycan ərazisində havanın temperaturu düşəcək, güclü külək gözlənilir

Azərbaycan ərazisində havanın temperaturu düşəcək, güclü külək gözlənilir
# 28 iyun 2012 10:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. İyunun 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentində APA-ya verilən məlumatına görə, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23, günün birinci yarısında 27-30, günün ikinci yarısında 22-24 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23 , Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 29-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnozlara əsasən, iyunun 29-30-da Bakı və Abşeron yarımadasında güclü xəzri küləyi və atmosfer təzyiqinin xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olsa da, temperaturun ötən günlərlə müqayisədə tədricən aşağı enməsini müsbət amil kimi qiymətləndirmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR