Azərbaycanda ən çox tələbat olan vakant müəllim yerləri açıqlanıb

Azərbaycanda ən çox tələbat olan vakant müəllim yerləri açıqlanıb
# 28 iyun 2012 12:06 (UTC +04:00)
Təhsil Nazirliyinin Strateji təhlil və kadrların idarə olunması şöbəsinin əməkdaşı Zöhrab Kəlbəliyev APA-ya bildirib ki, Bakı şəhəri üzrə daha çox fiziki tərbiyə müəlliminə ehtiyac var. Bu fənn üzrə vakant yerlərin sayı 45-dir. Sonrakı yerlər isə ibtidai sinif müəllimliyi (39), ingilis dili (37), informatika (25), riyaziyyat (23), coğrafiya (21), gənclərin çağırışaqədərki hazırlığı (20) və digər fənlər üzrədir.

Azərbaycanın bölgələrində isə daha çox coğrafiya müəlliminə ehtiyac var. Bu fənn üzrə vakant yerlərin sayı 407-dir. Sonrakı yerləri kimya (373), biologiya (341), Azərbaycan dili və ədəbiyyat (326), fizika (281), riyaziyyat (248, tarix (243), ingilis dili (210), informatika (156), ibtidai sinif müəllimliyi (104) və digər fənlər tutur.

Z. Kəlbəliyev bildirib ki, 2012/2013-cü tədris ili üçün 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Müsabiqədə iştirak etmək üçün iyulun 1-dən 15-dək elektron ərizələrin doldurulması həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR