İsaxan Aşurov dəfn olunub

İsaxan Aşurov dəfn olunub
# 28 iyun 2012 12:14 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İyunun 22-də dünyasını dəyişmiş Azərbaycanın tanınmış hüquqşünası, vəkil İsaxan Aşurov bu gün dəfn olunub. Bu barədə APA-ya vəkil İntiqam Əliyev məlumat verib. İ. Əliyev İ. Aşurovun Gürcüstanın Bolnisi rayonun Faxralı kəndində dəfn olunduğun deyib.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən İ. Aşurov müalicə üçün getdiyi ABŞ-da vəfat edib.

İ. Aşurov 1955-ci il avqustun 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1972-ci ildə Faxralı kənd orta məktəbini bitirib, elə həmin il Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1977-1981-ci illərdə Qazax Polis Şöbəsində, 1981-84-cü illərdə Tovuz rayon Polis Şöbəsində müstəntiq, 1984-89-cu illərdə isə SSRİ DİN-in Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifələrində çalışıb. 1989-1991-ci illər ərzində Tovuz Rayon Polis Şöbəsində istintaq bölməsinin rəisi, 1991-1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib. 1996-cı ildən vəkil kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR