Kürdəmirin çörəkbişirmə sexlərində reyd keçirilib

Kürdəmirin çörəkbişirmə sexlərində reyd keçirilib
# 28 iyun 2012 12:47 (UTC +04:00)
Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmirin çörəkbişirmə sexlərində yoxlamalar aparılıb. APA-nın yerli bürosunun məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan ərazi idarəsi tərəfindən bu gün həmin obyektlərdə aparılan yoxlamalar zamanı acınacaqlı vəziyyət aşkar edilib.

İdarənin baş məsləhətçisi Sabir Cəfərov APA-ya bildirib ki, müqəddəs nemət sayılan çörəyin bişirilməsi və daşınması ilə bağlı vəziyyət bəzi istehsal müəssisələrində hələ də acınacaqlıdır. Aparılan reydlər zamanı sexlərdə yenə də bir çox neqativ hallar aşkarlanıb. Üç çörək sexinə baxış zamanı məlum olub ki, orada unun saxlanılması, xəmirin yoğurulması və bişirilməsi, çörəyin daşınması standartın tələb və normalarına cavab vermir.

Müəssisələrdən ikisində istehsal olunan məhsulun uyğunluq və gigiyenik sertifikatının olmaması, ölçmə vasitələrinin (tərəzilərin) müqayisəli dövlət yoxlamasından keçmədiyi, birində isə istifadə olunan xammalın uyğunluq sertifikatının olmadığı aşkar edilib. Bütün bunlarla bağlı sexlərə qanunvericiliyə uyğun olaraq iradnamə yazılıb və inzibati xətaya dair protokollar tərtib edilib. İki çörəkbişirmə sexinin hər biri 1500 manat məbləğində cərimələnib.

Qeyd edək ki, Kürdəmirdəki daha bir çörəkbişirmə sexi müxtəlif nöqsanlara yol verdiyi üçün 3 ay əvvəl cərimələnib. Rayonda cəmi 4 çörəkbişirmə sexi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR