Bakıda “Məzun gecəsi” keçirilib- FOTOSESSİYA

Bakıda “Məzun gecəsi” keçirilib- <font color=red>FOTOSESSİYA</font>
# 28 iyun 2012 15:40 (UTC +04:00)
APA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı və “Bakcell” şirkətinin sponsorluğu ilə keçirilən tədbir Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutub. Tədbirdə təhsil naziri Misir Mərdanov, BŞTİ müdiri Nailə Rzaquliyeva, 5 minə yaxın məzun iştirak edib.

N. Rzaquliyeva çıxışında 2011-2012-ci tədris ilində Bakı məktəblərinin əldə etdiyi uğurlardan danışıb. Qeyd edib ki, bu ilki buraxılış imtahanlarını nəticələrində görə, Bakı məktəblərini bitirənlərdən 20-si qızıl medala layiq görülüb. Onun sözlərinə görə, Bakı məktəbliləri hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərirlər. Ötən tədris ilində məzunların 55 faizindən çoxu tələbə adını qazanıb. Qəbul imtahanlarında ən yüksək nəticə göstərən 4 abituriyent Bakı məktəblərinin məzunları olub.

Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın məzunlara təbrik məktubu oxunub.

Orta məktəbi qızıl medalla bitirən məzunlara medallar təqdim olunub.

Qeyd edək ki, bu il Bakı məktəblərini 23 minə yaxın məzun bitirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR