® Kulinariya Çempionatında komandamıza qızıl medalları bu dəfə “SuperSun” yağlarımız qazandırdı - FOTOSESSİYA

<font color=red>® </font>Kulinariya Çempionatında komandamıza qızıl medalları bu dəfə “SuperSun” yağlarımız qazandırdı - <font color=red>FOTOSESSİYA</font>
# 28 iyun 2012 16:18 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Milli Kulinariya Komandası Rusiyanın Çuvaşıstan Muxtar Respublikasının Çeboksarı şəhərində keçirilən Kulinariya Çempionatında uğurla çıxış edib.

APA-Economics”in xəbərinə görə, “Trend” Mətbuat Mərkəzində jurnalistlərlə görüşən Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov qalibiyyət əldə etmələrinin əsas amillərindən birinin də çempionat zamanı istifadə etdikləri yüksək keyfiyyətli “SuperSun” yağı olduğunu bildirib.

Milli komandaya “Azersun Holding”in dəstəyini xüsusi vurğulayan T.Əmiraslanov holdiqin komandanı “SuperSun” yağları ilə yanaşı, aşpazları peşə geyimləri ilə də təmin etdiyini söyləyib. Azərbaycandan özləri ilə “SuperSun” yağını apardığını söyləyən T.Əmiraslanov yarış zamanı bu yağdan yalnız bizim komandanın deyil, digər komandaların da istifadə etdiyini və yerli məhsulların keyfiyyətinin də qazanılan nəticələrə müsbət təsir göstərdiyini vurğulayıb.

“Beləliklə, bizim qələbəmizdə “SuperSun” yağını istehsal edən hər bir fəhlənin də öz payı var” - söyləyən T.Əmiraslanov “Azersun Holding”ə keyfiyyətli məhsullarına görə minnətdarlığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR