Geologiya İnstitutunun gənc alimlər üçün keçirdiyi respublika miqyaslı müsabiqə başa çatıb

Geologiya İnstitutunun gənc alimlər üçün keçirdiyi respublika miqyaslı müsabiqə başa çatıb
# 29 iyun 2012 08:25 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Gənc Alimlər Şurasının təşkil etdiyi Yer elmləri sahəsində ən yaxşı elmi tədqiqat işi üzrə respublika miqyaslı II müsabiqə başa çatıb. Geologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ilin fevralında elan edilmiş müsabiqədə 6 gənc alim qalib gəlib.

Müsabiqəyə yaşı 35-ə qədər olan doktorant, magistr, bakalavr və elmi tədqiqat aparan digər gənclər qatılıblar. Layihəyə Geologiya İnstitutundan əlavə, Coğrafiya, Kimya və Radiasiya problemləri institutları, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Dövlət Neft Akademiyası və Bakı Dövlət Universitetindən elmi məqalələr təqdim olunub.

Müsabiqə Azərbaycan Geoloqları Milli Komitəsinin dəstəyi ilə keçirilib. Müsabiqənin keçirilməsində məqsəd gənc alimlərin daha da stimullaşdırılması və maddi durumuna yardım etməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR