Azərbaycanda bir aylıq pensiya ehtiyatı yaradılması nəzərdə tutulur

Azərbaycanda bir aylıq pensiya ehtiyatı yaradılması nəzərdə tutulur
# 29 iyun 2012 08:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda bir aylıq pensiya ehtiyatı yaradılması nəzərdə tutulur. “APA-Economics”in xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, bu məsələ ölkədə dövlət sosial müdafiə sisteminin inkişafı proqramında öz əksini tapıb və hazırda müvafiq işlər aparılır: “Pensiyanın bir aylıq məbləğində ehtiyat fondunun yaradılması ilə yanaşı, ölkənin region və rayonları üzrə pensiyaların verilmə qrafikinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu tədbirlərdən sonra pensiyaların verilməsi prosesində icbari sosial sığorta yığımlarından asılılıq və pensiyaların verilməsində baş verə biləcək ləngimələr tam aradan qaldırılacaq”.

S.Müslümov qeyd edib ki, hazırda ölkə üzrə bir aylıq pensiya miqdarı təxminən 1 mln. manatdır: “Ehtiyat fondun yaradılmasında hazırda əsas məsələ onun maliyyə mənbəyinin tapılmasıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR