“Elektron təhsil” III Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Elektron təhsil” III Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 29 iyun 2012 09:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Təhsil Nazirliyində “Elektron təhsil” Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində elektron tədris resurslarından, internet texnologiyalarından istifadəni genişləndirmək, bu barədə təhsil ictimaiyyətini məlumatlandırmaq, internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və internetdən fəal istifadə edən müəllimləri həvəsləndirməkdir.

Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdrılması üzrə Dölət Proqramı” çərçivəsində hər il keçirilən respublika yarışmasıdır. Müsabiqə “Microsoft Azərbaycan”, “İntel” korporasiyası, “Gələcək üçün təhsil “ proqramı, “AZEDUNET”, ”Ultra” , Nar Mobile, HP və “Mədəd” təşkilatlarının dəstəyi ilə keçirilir. “Builki müsabiqə “Elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları” istiqamətləri üzrə təşkil olunub. “Elektron təhsil” Respublika müsabiqəsində “Ən fəal region məktəbi” də seçilib. Respublika üzrə üç dəfə keçirilən müsabiqədə bu il 817 layhə iştirak edib. Həmin layihələrdən 112-i nominant seçilib. 16 nəfər isə qalib adına layiq görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR