Səlim Müslümov: “Qeyri-rəsmi əmək fəaliyyətli ilə məşğul olanların icbari dövlət sosial sığortasına cəlb edilməsi gücləndirilməlidir” - FOTO

Səlim Müslümov: “Qeyri-rəsmi əmək fəaliyyətli ilə məşğul olanların icbari dövlət sosial sığortasına cəlb edilməsi gücləndirilməlidir” - <font color=red>FOTO</font>
# 29 iyun 2012 09:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda qeyri-rəsmi əmək fəaliyyətli ilə məşğul olanların icbari dövlət sosial sığortasına cəlb edilməsi istiqamətində tədbirlər gücləndirilməlidir. “APA-Economics”in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bəyan edib.

Onun sözlərinə görə, əmək haqqının düzgün göstərilməməsi, bir neçə yerdə işləməklə yalnız biri barədə məlumatın təqdim edilməsi, muzdla işləyənlərin özlərini fərdi sahibkar adlandırması kimi pozuntular da mövcuddur və bu halların aradan qaldırılması üçün bütün aidiyyəti orqanların birgə fəaliyyəti zəruridir.

S.Müslümov bildirib ki, qeyri-rəsmi əmək fəaliyyətini leqallaşdırmaqla sosial sığorta bazasının genişləndirilməsi ilk növbədə pensiyaların artırılmasına imkan verəcək. Belə ki, hazırda pensiyaların ciddi şəkildə artırılması üçün yalnız dövlət büdcəsi mənbə kimi istifadə edilə bilər, lakin sosial sığorta bazasının genişləndirilməsi DSMF-in imkanlarını artıracaq.

Qeyd olunub ki, hazırda Azərbaycanda pensiyaların orta miqdarı 195 dollara bərabərdir, bu isə orta aylıq əmək haqqının 40%-ni təşkil edir: “Lakin eyni zamanda sığorta olunanların sayı pensiyaçıların sayı ilə təxminən bərabərdir və 1,3 mln. nəfər təşkil edir. Beləliklə, sosial sığorta ayırmalarının əməkhaqqı fondunun 25%-ni təşkil etdiyini nəzərə alaraq sosial sığorta yığımları pensiyaları tam ödəmir və qalan vəsaitlər dövlət büdcəsindən transfertlər hesabına həyata keçirilir. Sosial sığorta bazasının genişləndirilməsi isə büdcədən asılılığı aradan qaldıracaq və pensiyaların artırılmasına əlavə imkanları yaradacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR