Kembric Universitetində Azərbaycanla bağlı tədbir keçirilib - FOTO

Kembric Universitetində Azərbaycanla bağlı tədbir keçirilib - <font color=red>FOTO</font>
# 29 iyun 2012 10:02 (UTC +04:00)
Bakı – APA. Dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri kimi tanınan Kembric Universitetində ilk dəfə Azərbaycanla bağlı tədbir keçirilib. “Odlar Yurdu” təşkilatının Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil etdiyi “Azərbaycan günü” adlı konfransa 100-ə yaxın alim qatılıb. APA-nın xəbərinə görə, “Odlar Yurdu”nun sədri İlham Nağıyev bildirib ki, Avropada Azərbaycan haqqında məlumatların artırılması xarakterli təbliğat tədbirləri müntəzəm keçirilir və bundan sonra İngiltərənin digər universitetlərində, araşdırma mərkəzlərində də bu cür tədbirlərin keçirilməsi planlaşdırılır: “Biz Azərbaycanla bağlı təbliğati işlərə reklam, PR xarakterli deyil, məhz araşdırma, elmi tərəfdən yanaşmaq istəyirik”.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov deyib ki, burda təhsil alan tələbələrə mütəmadi olaraq ölkə haqqında məlumatlar verilməsi vacibdir. Bu tədbir də Azərbaycan haqqında düzgün məlumatların bütün dünyaya yayılmasına təkandır. Belə ki, Kembric Universitetində keçirilən elmi konfranslar, burdakı mühazirələr kitab halına salınır və tələbələrə dərs vəsaiti kimi tövsiyə edilir.

Konfransda Avropa universitetlərinin alimləri ilə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Neft Fondunun nümayəndələri Azərbaycan iqtisadiyyatının yenidən qurulması, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin rəsmisi milli mədəniyyətimiz, Strateji Araşdırmalar Mərkəzinin eksperti Azərbaycan xarici siyasətinin xüsusiyyətləri barədə mühazirələrlə çıxış ediblər.

Tədbir çərçivəsində xanəndə Raziyə Sultanovanın muğamlardan ibarət yeni diskinin təqdimatı da keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR