Azərbaycanda tibb və ya əczaçılıq fəaliyyətinə lisenziya verilməsi üçün sənədlərin qəbulu internetlə də həyata keçirilir

Azərbaycanda tibb və ya əczaçılıq fəaliyyətinə lisenziya verilməsi üçün sənədlərin qəbulu internetlə də həyata keçirilir
# 29 iyun 2012 10:21 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycanda tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) alınması məqsədi ilə ərizələrin və qanunvericiliyə uyğun olaraq tələb olunan sənədlərin qəbulu artıq internet vasitəsi ilə də həyata keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu prosedur ölkə başçısının “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına əsasən həyata keçirilir. Məlumatda bildirilir ki, ərizələrin və tələb olunan sənədlərin internet vasitəsi ilə elektron qəbulu üzrə konsultativ yardım Səhiyyə Nazirliyinin Ümumi şöbəsində hər həftənin çərşənbə günləri göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR