Güclü yağış Goranboy rayonun 10-a yaxın kəndini birləşdirən yollarda 7 körpünü uçurub

Güclü yağış Goranboy rayonun 10-a yaxın kəndini birləşdirən yollarda 7 körpünü uçurub
# 29 iyun 2012 14:07 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun xəbərinə görə, daha çox sel sularına məruz qalmış 15 yaşayış məntəqəsində 50-dən çox fərdi təsərrüfata ciddi zərər dəyib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Baxış Abdullayev APA-ya bildirib ki, rayon ərazisindən keçən Qaraçay üzərində 7 körpü sıradan çıxıb. Onların da üçü piyadalar, dördü isə avtomobillərin hərəkəti üçün nəzərdə tutulub. Güclü külək və sel nəticəsində rayonun qaz və elektrik təsərrüfatına dəymiş ziyan günün sonuna yaxın tam aradan qaldırılıb.
Baxış Abdullayevin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hazırda Goranboy rayonunda ötən gecə hava şəraitinin törətdiyi fəsadlarla bağlı araşdırma aparılır və nazirlik tərəfindən əraziyə texnika və mütəxəssislər göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR