“Dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması üzrə AMEA-nın İşçi Qrupunun növbəti iclası keçirilib

“Dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması üzrə AMEA-nın İşçi Qrupunun növbəti iclası keçirilib
# 29 iyun 2012 14:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər Bölməsində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması üzrə AMEA-nın İşçi Qrupunun növbəti iclası keçirilib. Bu barədə APA-ya İşçi Qrupun katibi Gülarə Əmirova bildirib. Humanitar və ictimai elmlər bölməsinin akademik katibi Kamal Abdullayevin sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələ - “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamın icrası ilə əlaqədar yaradılmış İşçi Qrupun üzvlərinin təkliflərinin müzakirəsi” daxil edilib. İşçi qrupunun üzvləri tərəfindən Bölməyə daxil olan təkliflər müzakirə edilib və Dövlət Proqramının hazırlanması üzrə gələcək iş istiqamətləri müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR