Marneulidə azərbaycanlıların kompakt yaşadığı kəndlərdə “Kənd layihələrinin həyata keçirilməsi məsələləri” müzakirə edilib - FOTO

Marneulidə azərbaycanlıların kompakt yaşadığı kəndlərdə “Kənd layihələrinin həyata keçirilməsi məsələləri” müzakirə edilib - <font color=red>FOTO</font>
# 29 iyun 2012 14:44 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Marneulidə azərbaycanlıların kompakt yaşadığı kəndlərdə Marneuli Rayon İcra Hakimiyyətinin və digər beynəlxalq təşkilatların maliyyəsi ilə həyata keçirilən “Kənd layihələrinin həyata keçirilməsi məsələləri” müzakirə edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə rayon fəalları, kənd icra nümayəndələri və QHT təmsilçiləri iştirak edib. Tədbiri Marneuli Rayon İcra Hakimiyyətinin arxitektura və infrastruktur şöbəsinin rəhbəri Caba Asanidze açaraq son bir neçə ildə Marneulinin kəndlərində həyata keçirilən “Kənd layihələri” haqqında ətraflı məlumat verib. O, 17 kənd icra nümayəndəliyi ərazisində əhalinin razılığını və rəyini nəzərə alaraq “Kənd layihələri” proqramı çərçivəsində suvarma sisteminin yenidən qurulması, kəndlərin işıqlandırmasının yaxşılaşdırılması, kənd yollarının asfaltlaşdırılması, içməli su problemlərinin həll edilməsi məsələlərinin əsas layihələrdən olduğunu bildirib. Sonra Marneuli məşğulluq mərkəzinin işçisi Zaur Darğallı çıxış edərək tədbir iştirakçılarını müzakirə edilən mövzu üzrə diskussiyaya dəvət edib. Tədbir iştirakçıları mövzu ilə bağlı diskussiyada fəallıq göstərərək, eyni zamanda onları narahat edən problemlərindən də söz açıblar.
Marneuli Rayon İcra Hakimiyyətinin arxitektura və infrastruktur şöbəsinin rəhbəri Caba Asanidze APA-ya açıqlamasında əsasən azərbaycanlıların kompakt yaşadığı sərhəd kəndlərinin abadlaşdırılması və kəndlərin sosial problemlərinin həll edilməsi üçün müxtəlif kənd layihələri həyata keçirildiyini bildirib: “Layihələrimiz davam edir. İndiyədək 17 kənd icra nümayəndəliyinə daxil olan azərbaycanlıların kompakt yaşadığı 70 dən çox kənddə əhalinin sosial həyat tərzini yaxşılaşdırmaq üçün təxminən 2 milyon lari dəyərində olan müxtəlif layihələr həyata keçirilir. Hazırda Ermənistanla sərhədyanı ərazidə yerləşən Sadaxlı kəndində 200 min lari, Qasımlı kəndində 172 min lari dəyərində müxtəlif kənd layihəsi həyata keçirilir. Rayon ərazisində digər layihələrə də start verilib. Buraya yeni yolların çəkilməsi, suvarma su kanallarının təmizlənməsi, idman meydançalarının salınması, məktəblərin təmiri, içməli su çəkmək, körpüləri təmir etmək və digər sosial həyat tərzini yaxşılaşdıran layihələr daxildir. Azərbaycan sərhədinə yaxın kəndlərdə də belə layihələr həyata keçirilir. Kirəc Muğanlı kəndi üçün, Xancığazlı və Qaçağan kəndlərində də əhalinin razılığı ilə layihələr həyata keçirilməkdədir. Biz hər bir layihədə kənd sakinlərinin ümumi yığıncağını çağırır və onların sosial həyat tərzinin yaxşılaşdırılması məqsədi ilə hansı layihələri istədiklərini soruşur və ümumi qərara gəldikdən sonra layihələr üçün vəsait ayırırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR