Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək
# 30 iyun 2012 10:26 (UTC +04:00)
ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mülayim şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 18-20, gündüz 22-27 isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 22-27, dağlarda gecə 6-10, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.

İyulun 1-də ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR