Azərbaycanda 14 şagird iyunun 29-da keçirilən buraxılış imtahanlarından xaric olunub

Azərbaycanda 14 şagird iyunun 29-da keçirilən buraxılış imtahanlarından xaric olunub
# 30 iyun 2012 12:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da bir sıra şəhər və rayonlarda, o cümlədən Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanları keçirib. Bu barədə APA-ya TQDK-dan məlumat verilib.

Hər bir rayon üzrə saat 10:00-da XI siniflər, həmin gün saat 15:00-da isə IX siniflər imtahan veriblər. TQDK sədri Məleykə Abbaszadə Salyan, Lənkəran, Astara, Lerik və Masallı rayonlarındakı imtahan mərkəzlərinə baş çəkərək, buraxılış imtahanlarının gedişini izləyib. Bütün binalarda imtahan nəzərdə tutulduğu kimi təlimata uyğun şəkildə keçirilib.

İlkin məlumatlara əsasən müxtəlif binalarda 14 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən başqasının yerinə imtahana girmə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR