Kəmaləddin Heydərov: “Azərbaycanda Kür çayının daşması və zəlzələ nəticəsində zərər çəkmiş heç bir vətəndaş dövlət yardımlarından kənar qalmayıb”

Kəmaləddin Heydərov: “Azərbaycanda Kür çayının daşması və zəlzələ nəticəsində zərər çəkmiş heç bir vətəndaş dövlət yardımlarından kənar qalmayıb”
# 30 iyun 2012 13:18 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Qəbələ rayonunda keçirilən “Gənc xilasedici və yanğınsöndürən” adlı I Ümumrespublika yarışının qaliblərinin mükafatlandırılması mərasimində iştirak edən Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Onun sözlərinə görə, zəlzələ bölgəsində 2-5 otaqlı evlərin inşası üçün layihələr hazırlanaraq tikinti şirkətlərinə təqdim olunub: “Dünənə olan məlumata görə, artıq məktəblərin və evlərin tikintisinə başlanılıb. Bütün evlər və sosial obyektlər deyilən müddətə təhvil veriləcək”.

Nazir dünən Daşkəsən və Goranboyda leysan yağışlarının yaratdığı sel sularının törətdiyi fəsadlardan danışarkən, FHN-nin və həmin rayonların yerli fövqəladə hallar komissiyalarının vətəndaşlarla görüşdüyünü bildirib. K. Heydərov deyib ki, əhaliyə dəyən ziyanla bağlı bütün müraciətlərə baxılır, araşdırmalar əsasında təhlillər aparılır.

K. Heydərov prezident İlham Əliyevin tapşırığı ilə həm 2010-cu ildə Kür çayı sahilindəki rayonlarda subasma, həm də bu il Zaqatala və ətraf rayonlarda baş verən zəlzələ nəticəsində ziyan çəkmiş vətəndaşların heç birinin dövlət yardımlarından kənar qalmadığını bildirib. O, artıq Goranboy və Daşkəsəndə seldən zərər çəkənlərə ilkin yardımın verildiyini və bu tədbirlərin davam etdiriləcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR