TQDK-da magistraturaya qəbul imtahanları ilə bağlı apelyasiya komissiyası işini yekunlaşdırıb

TQDK-da magistraturaya qəbul imtahanları ilə bağlı apelyasiya komissiyası işini yekunlaşdırıb
# 30 iyun 2012 14:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda magistraturaya qəbul imtahanının ikinci mərhələsinin məzmununa dair bakalavrların müraciətlərini araşdıran apelyasiya komissiyası öz işini yekunlaşdırıb. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

İmtahan nəticələrinin araşdırılması və onların yenidən nəzərdən keçirilməsi ilə bağlı apelyasiya komissiyasına xeyli sayda müraciət edilib. O cümlədən 22 bakalavrdan yazılı müraciət daxil olub.

Müxtəlif ixtisaslar üzrə ekspertlərdən və TQDK əməkdaşlarından ibarət apelyasiya komissiyası imtahan nəticələrinin araşdırılması ilə bağlı müraciət etmiş bakalavrların iştirakı ilə onların imtahanda göstərdikləri nəticələri araşdırıb. Onların test tapşırıqları və yazılı imtahan işləri ilə bağlı suallarına ətraflı cavab verilib. Bakalavrların imtahanda yol verdikləri səhvlərin mahiyyəti və xarakteri onlara ətraflı izah edilib, yazı işlərinin qiymətləndirilməsi və imtahan nəticələrinin hesablanması ilə bağlı şübhələrinə aydınlıq gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR