Neftçalada iribuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyi aşkarlanıb

Neftçalada iribuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyi aşkarlanıb
# 02 avqust 2012 15:01 (UTC +04:00)
Neftçala rayon Baytarlıq idarəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, aparılmış müayinələr zamanı 14 baş iribuynuzlu heyvanda brusellyoz xəstəliyi aşkarlanıb. Xəstə heyvanlar dərhal baytar həkimlərin nəzarəti altında kəsilərək zərərsizləşdirilib.

Qeyd olunub ki, brusellyoz xəstəliyinə qarşı ilin əvvəlindən indiyə kimi 17 mindən çox iribuynuzlu heyvanda seroloji müayinə, 40 min baş iribuynuzlu heyvanda isə qarayara xəstəliyinə qarşı peyvənd aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR