Bazar günü Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək

Bazar günü Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək
# 11 avqust 2012 11:27 (UTC +04:00)
Bakı-APA. Sabah Azərbaycan ərazisində günəşli, isti hava şəraitinin davam edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 22-27, gündüz 34-38 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 37-39, bəzi yerlərdə 41, dağlarda gecə 14-18, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR