Müəllimlərin işə qəbulu ilə bağlı imtahanların nəticələrinə əsasən, boş qalan və imtina olunan yerlərin seçiminə başlanılır

Müəllimlərin işə qəbulu ilə bağlı imtahanların nəticələrinə əsasən, boş qalan və imtina olunan yerlərin seçiminə başlanılır
# 13 avqust 2012 12:40 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı müsahibə mərhələsi başa çatmış fənlər üzrə boş qalan və imtina olunan yerlərin seçiminə başlanılır. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, həmin fənlər fiziki tərbiyə, gənclərin çağırışa qədərki hazırlığı, rus dili və ədəbiyyatı, rus dili, fransız dili, alman dili, musiqi və nəğmə, əmək hazırlığı, təsviri incəsənət və rəsmxət, coğrafiya, fizika, informatikadır.

Müsabiqədə iştirak edərək heç bir yerə qəbul olunmayan və ya qəbul olunduğu yerdən imtina edən iştirakçılar avqustun 14-18-də “Şəxsi səhifə”lərinə daxil olmaqla ən çoxu 4 yer seçə bilərlər. Həmin müddət ərzində iştirakçılara seçimlərini dəyişmək imkanı da verilib. Seçim etmək imkanı avqustun 18-də saat 18.00-da başa çatacaq və yerləşdirmə aparılacaq. Yerləşdirmənin nəticələri dərhal bu mərhələdə iştirak edənlərin “Şəxsi səhifə”lərinə göndəriləcək. İşə qəbul olunanlar, imtahan nəticələri ləğv edilənlər və müəyyənləşdirilmiş keçid balını toplamayanlar bu mərhələdə iştirak edə bilməzlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR