Bakıda həmkarların beynəlxalq tədbiri keçirilib

Bakıda həmkarların beynəlxalq tədbiri keçirilib
# 14 avqust 2012 13:57 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Nəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Birliyi Şurasının iclası keçirilib. «APA-Economics»in məlumatına görə, iclası Həmkarlar İttifaqları Beynəlxalq Birliyinin sədri Aleksandr Şurikov açıb. AHİK sədri, millət vəkili Səttar Mehbalıyev iclasda çıxış edib.

İclasda Ümumhəmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) baş katibinin müavini Valeriy Yuriyevin hesabatı dinlənilib. Bundan sonra A.Şurikov Şuranın 2012-ci ilin aprelindən 2012-ci ilin avqustuna qədər olan müddət ərzində fəaliyyəti barədə məlumat verilib. O, həmçinin həmkarlar ittifaqı üzvlüyünün motivasiyası məsələləri üzrə də çıxış edib. Həmin məsələ barəsində iclasda iştirak edən üzv təşkilatların rəhbərlərinin də məlumatı dinlənilib.

İclasda Həmkarlar İttifaqları Beynəlxalq Birliyinin 20 illik fəaliyyətinin yekunları müzakirə edilib, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının qurultayına nümayəndələrin seçilməsi məsələsinə baxılıb, tədbir iştirakçılarının bir qrupu «Ümumhəmkarlar İttifaqlarının 20 illiyi» xatirə gümüş nişanı ilə təltif edilib, Beynəlxalq Birliyin 2013-cü ilə olan gəlir və xərclərinin smetası təsdiq edilib və digər məsələlər barəsində müzakirələr aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR