Abel Məhərrəmov: “Türkiyə və Azərbaycanda Mustafa Kamal Atatürk və Heydər Əliyev beynəlxalq qrantları müəyyənləşdirilməlidir”

Abel Məhərrəmov: “Türkiyə və Azərbaycanda Mustafa Kamal Atatürk və Heydər Əliyev beynəlxalq qrantları müəyyənləşdirilməlidir”
# 08 noyabr 2012 13:15 (UTC +04:00)
Bakı. Könül Kamilqızı-APA “Azərbaycanla Türkiyə təhsili arasında müəyyən əlaqələr olsa da, birgə beynəlxalq proqramlar , qrantlar həyata keçirilsə də bunlar olduqca azdır. Bugünkü mövcud əlaqələr daha da güclənməlidir. Lakin təkcə universitetlər yox, dövlətin ali strukturları arasında da bu məsələlər geniş müzakirə olunmalıdır ki, bizim yaxınlaşmamıza şərait yaradılsın”. Bu açıqlamanı APA-ya Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov verib. O bildirib ki, Türkiyə və Azərbaycanda Mustafa Kamal Atatürk və Heydər Əliyev beynəlxalq qrantları müəyyənləşdirilməlidir. Rektorun sözlərinə görə, bu qranta dünyanın üçüncü, dördüncü dövlətini də daxil etmək olar, amma onun əsas aparıcı universitetləri Türkiyə və Azərbaycandan olmalıdır.

“Bu məsələ xeyli müddətdir müzakirə olunsa da, bir qərar qəbul edilmir. İmkan yaransa, universitetlər özləri də bu qrantları müəyyənləşdirə bilərlər. Bakı Dövlət Universiteti 65 qrant üzərində işləyir ki, bunun da 43-ü beynəlxalq qrantdır. Lakin bunların çox az sayı Türkiyə ilə əlaqəlidir. Əslində bunun yarısı Türkiyə ilə icra olmalıdır. Ona görə dövlətin ali strukturları çərçivəsində işlər görülməlidir ki, tələbə müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması və digər məsələlərdə mühüm irəliləyişlər əldə edilsin”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR