Zaqatalada “Ailə dövlətin təməlidir” mövzusunda tədbir keçirilib

Zaqatalada “Ailə dövlətin təməlidir” mövzusunda tədbir keçirilib
# 04 may 2007 14:32 (UTC +04:00)
Zaqatalada “Ailə dövlətin təməlidir” mövzusunda bayram tədbiri keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon icra hakimiyyəti aparatından məlumat verilib. Bayram tədbirində rayon icra hakimiyyətinin, müvafiq idarə və təşkilatların nümayəndələri, rayonun 17 yaşayış məntəqəsindən dəvət olunmuş gənclər iştirak edib.
Tədbirə dəvət olunan ailə stajı 50 ildən artıq olan şəxslər arasında intellektual, folklor və mətbəx mövzusunda müsabiqə keçirilib və qalib olmuş üç ailəyə rayon icra hakimiyyəti aparatı adından hədiyyələr verilib. Tədbirdə qalib olmuş şəxslər mayın 15-də Bakıda keçiriləcək “Ailə dövlətin təməlidir” festivalında iştirak etmək hüququ qazanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR