Gəncədə 2403 ailəyə ünvanlı sosial yardım verilir

Gəncədə 2403 ailəyə ünvanlı sosial yardım verilir
# 18 may 2007 08:14 (UTC +04:00)
Hal-hazırda Gəncə şəhərində 2403 ailə ünvanlı sosial yardım alır. Ünvanlı sosial yardım alan ailələrdən 1391-i Gəncənin Kəpəz rayonu, 1012-i ailə isə Nizmai rayonunda qeydiyyata alınıb. Kəpəz rayon Ünvanlı Sosial Yardım Mərkəzindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hazırda bu rayon üzrə 1414 ailə ünvanlı sosial yardım almaq üçün qeydiyyatdadır. Ötən il isə bu rayon üzrə 1031 ailə ünvanlı sosial yardım alıb. Nizami rayon Ünvanlı Sosial Yardım Mərkəzindən verilən məlumata görə isə, hazırda bu rayon üzrə 1012 ailə ünvanlı sosial yardım alır. Ötən il isə bu rayon üzrə 891 ailə ünvanlı sosial yardım alıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR