Bələdiyyə qulluqçularının qurultayı keçiriləcək
02 iyul 2007 15:31 (UTC +04:00)
Sentyabrın 28-də bələdiyyə qulluqçularının qurultayı keçiriləcək. Bələdiyyə Qulluqçuları Həmkarlar Komitəsindən APA-ya verilən məlumata görə, qurultayda qurumun 5 illik fəaliyyəti, Təftiş Komissiyasının hesabatı, təşkilati məsələlər, Nizamnaməyə əlavə və dəyişikliklər müzakirə ediləcək. Əsas dəyişiklik qurumun adı ilə bağlı olacaq. Qurultay təsdiq edərsə, təşkilat Bələdiyyə İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsi adlanacaq. Hazırda qurumun yerli bölmələrinin hesabat konfransları başa çatmaq üzrədir.
Qeyd edək ki, Bələdiyyə Qulluqçuları Həmkarlar Komitəsi 2002-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin ilin sentyabrında ilk qurultayını keçirib. Hazırda təşkilatın 22600 nəfər üzvü 62 rayonun 1280 bələdiyyəsində fəaliyyət göstərir. /APA/

Sosial
Sədərəkdə müəllim və şagirdlər yeni tədris ilində məktəbə velosipedlə gediblər
19:46
16 sentyabr 2024
Yeni tədris ilində məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlanıb
17:59
16 sentyabr 2024
Heydər Əliyev Fondu tərəfindən Ağstafanın Zəlimxan kəndində yeni məktəb binası inşa edilib - FOTO
16:34
16 sentyabr 2024
Prokurorluğa işə qəbulla əlaqədar sənəd verilməsi sentyabrın 30-da başa çatacaq
16:31
16 sentyabr 2024