Zaqatalanın icra başçısı Asif Əsgərov Cimcimax kəndinin sakinləri ilə görüş keçirib

Zaqatalanın icra başçısı Asif Əsgərov Cimcimax kəndinin sakinləri ilə görüş keçirib
# 03 iyul 2007 07:23 (UTC +04:00)
Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Əsgərov Cimcimax kəndinin sakinləri ilə görüş keçirib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala RİH-dən məlumat verilib. Məlumata görə, rayonun ucqar dağ kəndi olan Cimcimax kəndində hazırda 70 ailə yaşayır. Kəndin yolları hələ sovetlər dövründə bərbad olduğundan, gediş-gəliş problemlər yaradırdı, hətta kənd sakinləri 2007-ci ilin əvvəlinə kimi elektrik enerjisindən istifadə edə bilmirdilər. RİH başçısı Asif Əsgərovun göstərişi ilə Cimcimax kəndinə gedən yol təmir olunun, kəndə elektrik xətti çəkilib və cari ilin əvvəlindən kənd sakinləri ilk dəfə olaraq elektrik enerjisindən istifadə etməyə başlayıb.
A. Əsgərovun Cimcimax sakinləri ilə görüşü zamanı kənd sakinləri göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər. A. Əsgərov onların təklifini nəzərə alaraq, yaxın vaxtlarda kəndə telefon xəttinin çəkilməsində də köməklik edəcəyini bildirib. Daha sonra RİH adından hər ailəyə bir kisə un hədiyyə olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR