Daşkəsənin Çovdar yaşayış məntəqəsi yaxınlığında baş vermiş selin nəticələri aradan qaldırılır

Daşkəsənin Çovdar yaşayış məntəqəsi yaxınlığında baş vermiş selin nəticələri aradan qaldırılır
# 03 iyul 2007 11:46 (UTC +04:00)
Ötən həftə Daşkəsən rayonunda yağan güclü yağışlar nəticəsində Çovdar yaşayış məntəqəsi yaxınlığında baş vermiş sel Quşçu-Çovdar-Çaykənd və Gəncə-Şəmkir istiqamətində gedən yolu və iki körpünü bərbad hala salmışdı. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin APA-nın qərb bürosuna açıqlamasında dəymiş ziyanla bağlı akt tərtib edildiyini və bununla bağlı mütəxəssis dəvət edildiyini bildirib: “İlkin hesablamalara görə, sel nəticəsində Quşçu-Çovdar-Çaykənd yoluna 90 min manat ziyan dəyib. Artıq həmin ərazidə gediş-gəliş qaydasına salınmaqdadır. Biz bütün texnikanı həmin əraziyə cəlb etmişik. Texnikanın köməyi ilə sel nəticəsində yola toplanmış torpaq və daşları təmizlənib”. C. Qocayev Daşkəsən rayonuna demək olar ki, hər gün yağış yağdığını bildirib: “Daxili imkanlar hesabına ərazi idarəetmə nümayəndəliklərinin, Yol İdarəsinin və digər strukturların köməyi ilə operativ tədbirlər görülür. Biz Daşkəsən rayon Yol İdarəsi nəzdində növbəti işçi qrupu yaratmışıq. Qrupu yaratmaqda məqsədimiz baş verə biləcək hər hansı hadisənin nəticələrini tez aradan qaldırmaqdır”. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR