Bu il Azərbaycanın 34 rayonunda DSMF-nin inzibati binası istifadəyə veriləcək

Bu il Azərbaycanın 34 rayonunda DSMF-nin inzibati binası istifadəyə veriləcək
# 06 iyul 2007 13:08 (UTC +04:00)
Bu gün Goranboyda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli şöbəsinin inzibati binasının açılış mərasimi keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbirdə iştirak edən DSMF-nin sədri Səlim Müslümov ölkə iqtisadiyyatının inkişafı və sosial sahədə dövlətin gördüyü kompleks tədbirlər haqqında danışıb.
Fondun başçısı bildirib ki, ötən illər ərzində 36 rayonda DSMF-nin inzibati binası istifadəyə verilib. Bu il isə 34 rayonda inzibati binanın istifadəyə verilməsi planlaşdırılıb. Bütün yeni binalarda iş yerləri avtomatlaşdırılıb: “Bu cür təminatdan sonra Fondun heç bir əməkdaşının hüququ yoxdur ki, əhaliyə normal xidmət göstərməsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR