Əlil qadınlar arasında “İnsan haqları” mövzusunda təlimlər keçirilir

Əlil qadınlar arasında “İnsan haqları” mövzusunda təlimlər keçirilir
# 06 iyul 2007 16:12 (UTC +04:00)
“Əlil Qadınların Hüquqlarının Müdafiəsinə Dəstək” koalisiyası Bərdə, Tər-Tər, Ağdam və Ağcabədi rayonlarından olan 20 nəfər əlil qadın arasında “İnsan haqları” mövzusunda təlimlərə başlayıb. Layihənin əlaqələndiricisi Ləman Babayeva APA-ya bildirib ki, əlil xanımların biliklərinin artırılmasında məqsəd onların mövcud qanunvericilikdən xəbərdar olması, problemlərini səlahiyyətli orqanlar qarşısında qaldırması, eyni zamanda öz problemlərinin həlli uğrunda təşkilatlanmasına dəstək olmaqdır. Təlim “Mərkəzi Regionda Əlil Qadınların Hüquqlarının Müdafiəsinə Dəstək” layihəsi əsasında həyata keçirilir. İştirakçılara əsasən insan hüquq və azadlıqları, insan haqlarının təsbit olunduğu beynəlxalq və yerli sənədlər, “QHT nədir, necə yaradılır və inkişaf etdirilir?”, vətəndaş müraciətlərinə baxılması qaydaları, informasiya əldə etməyin yolları tədris olunur. Kurslar interaktiv metodlarla aparılır, iştirakçılardan ibarət qrup işləri və oyunlar keçirilir. Təlimin nəticəsi olaraq əlil qadınların mövcud qanunvericiliyə uyğun olaraq öz hüquqlarını qorumaq barədə bilik və bacarıqlara yiyələnməsi gözlənilir. Təlimlər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə reallaşdırılıb və “Counterrart İnternational” təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyəti” layihəsinin Advokasi Qrantlari çərçivəsində maliyyələşdirilir. “Əlil Qadınların Hüquqlarının Müdafiəsinə Dəstək” koalisiyasının özündə birləşdirdiyi “İntibah” Sosial İnkişaf İctimai Birliyi, Əlil Qadınlar Cəmiyyətinin Ağdam şöbəsi və Bərdə-1 klasteri icmalar məclisinin əlil qadınlardan ibarət üzvləri də təlimlərə cəlb edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR