Əli Bayramlı-Bakı marşrutu üzrə hərəkət edən mikroavtobus sürücüləri Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçirəcəklər

Əli Bayramlı-Bakı marşrutu üzrə hərəkət edən mikroavtobus sürücüləri Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçirəcəklər
# 09 iyul 2007 13:20 (UTC +04:00)
Əli Bayramlı-Bakı marşrutu üzrə hərəkət edən mikroavtobus sürücüləri Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət ediblər. Bu barədə APA-nın Mil-Muğan bürosuna müraciətin imzalanmış surətini nümayiş etdirən sürücülər bildiriblər ki, paytaxtın Səbayel rayonu ərazisində Əli Bayramlı, Salyan və Neftçala rayonları istiqamətində hərəkət edən mikroavtobuslar üçün nəzərdə tutulmuş və “Klassik Aİ” LTD adı altında fəaliyyət göstərən avtovağzalın baş direktoru İlham İsmayılovun mikroavtobus sürücülərindən hər gün Əli Bayramlıya və digər rayonlara reys etmək üçün qanunsuz olaraq 20 manat pul tələb edir. Buna etiraz edən sürücülər artıq bir neçə gündür avtovağzalın xidmətindən istifadə etməkdən imtina ediblər. Lakin Nəqliyyat Nazirliyinin əməkdaşları dünən və bu gün bir neçə sürücüyə fiziki güc tətbiq edərək, onların dövlət nömrə nişanlarını sındırıb, bir neçəsini isə avtomobillərə zorla basaraq naməlum istiqamətlərə aparıblar. Sürücülər bildirirlər ki, onların hamısının fərqlənmə nişanları var, vergilərini də ödəyiblər. Bütün bunlara etiraz edən sürücülər BŞİH-ə müraciət edərək, iyulun 17-də saat 11:00-da Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçirmək üçün icazə istəyiblər. Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən isə məsələdən xəbərsiz olduqlarını bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR