Məskunlaşdıqları evlərdən çıxarılan bir qrup məcburi köçkün Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin qarşısında aksiya keçirib

Məskunlaşdıqları evlərdən çıxarılan bir qrup məcburi köçkün Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin qarşısında aksiya keçirib
# 11 iyul 2007 16:55 (UTC +04:00)
APA-nın məlumatına görə, aksiyada 100-dək məcburi köçkün iştirak edib. Aksiya iştirakçıları bildiriblər ki, piket keçirmələrinə səbəb Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən məskunlaşdıqları binadan çıxarılmalarıdır: “Bunun müqabilində bizə heç bir kompensasiya ödənilməyib və başqa yaşayış sahəsi ilə təmin olunmamışıq. Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bizi qəbul etsin və problemlərimizi həll etsin. Bizə Bakıxanov qəsəbəsində yaşayış üçün yararlı olmayan yerdə məskunlaşmaq təklif olunub, lakin bu yer bizi qane etmir”. Aksiyada iştirak edən məcburi köçkünlər tələblərinin yerinə yetirilməməsinə etiraz əlaməti olaraq Tiflis prospektində nəqliyyatın hərəkətini dayandırmaq istəsələr də, onların bu cəhdinin qarşısı alınıb. Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, ölkə prezidentinin 1 iyul 2004-cü il sərəncamına görə, məcburi köçkünlər 1992-1998-ci illərdə məskunlaşdıqları torpaq sahələri və inzibati binalardan çıxarıla bilməzlər. Onların məskunlaşdığı yerdən çıxarılması yalnız eyni şəraitə malik evlə təmin olunacaqları halda mümkündür. Qeyd edək ki, məcburi köçkünlərin məskunlaşdıqları bina əvvəllər Səhiyyə Nazirliyinin balansında olan göz xəstəxanasının yarımçıq tikilisi olub. 2005-ci il aprelin 25-dən Nazirlər Kabinetinin sərəncamına əsasən, tikili Səhiyyə Nazirliyindən alınaraq DSX-nin balansına verilib. /APA/











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR