ANAMA-nın Xanlar regional bazasında 15 əlilə əlil arabaları təqdim edilib

ANAMA-nın Xanlar regional bazasında 15 əlilə əlil arabaları təqdim edilib
# 11 iyul 2007 14:28 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Xanlar regional bazasında ABŞ Xüsusi Qoşunlarının Avropa Komandanlığı dəstəyi ilə müharibə zamanı mina partlaması nəticəsində əlil olmuş 15 nəfərə əlil arabalarının təqdim olunması mərasimi keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, tədbirdə ANAMA-nın informasiya üzrə meneceri Əziz Əliyev çıxış edərək həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına məlumat verib və bu layihənin davam etdiriləcəyini qeyd edib. Tədbirdə iştirak edən əlillər öz növbələrində ANAMA və bu təşkilatın partnyorlarına öz təşəkkürlərini bildiriblər. Natiqlər qeyd edib ki, əlil olmalarına baxmayaraq, lazım gələrsə yenidən torpaqların bütövlüyü uğrunda müharibədə iştirak etməyə hazırdırlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR