Uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə Ümumrespublika Müsabiqəsi başlayıb

Uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə Ümumrespublika Müsabiqəsi başlayıb
# 16 iyul 2007 14:38 (UTC +04:00)
Uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə maarifləndirici müəllim-tədris proqramlarının Ümumrespublika Müsabiqəsinə start verilib. Bu barədə APA-ya məlumat verən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov müsabiqənin bu ilin iyul-oktyabr aylarını əhatə edəcəyini bildirib. Onun sözlərinə görə, müsabiqənin keçirilməsində məqsəd müəllimlərdə bu işə həvəsləndirmə yaratmaq, yerlərdə dərslərin keçirilməsinə nail olmaqdır. Şöbə rəisi müsabiqənin keçirilməsi məqsədlə uşaqlara yol hərəkəti qaydalarının öyrədilməsi üzrə tədris prosesinin yüksəldilməsi, ümumtəhsil müəssisələrinin rolunun və müəllimlərin peşə səviyyəsinin artırılması, uşaqlarda təhlükəsiz davranış vərdişlərinin formalaşmasına yardım edilməsi, habelə maarifləndirmə istiqamətdə pedaqoji təcrübənin yayılması məqsədilə Daxili İşlər Nazirliyi ilə Təhsil Nazirliyi birgə əmr imzalayıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR