Bakıda “Yerli özunuidarəetmənin Avropa təcrübəsi” mövzusunda seminar keçiriləcək

Bakıda “Yerli özunuidarəetmənin Avropa təcrübəsi” mövzusunda seminar keçiriləcək
# 16 iyul 2007 15:16 (UTC +04:00)
İyulun 17-18-də Bakıda Vətəndaş Cəmiyyəti Uğrunda Mərkəz, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının və Avstriyanın İctimai İdarəetmə və Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Yerli özunuidarəetmənin Avropa təcrübəsi” mövzusunda iki günlük seminar keçiriləcək. Bu barədə APA-ya bələdiyyələr üzrə ekspert Vüqar Tofiqli məlumat verib. Seminarda “Avropa İttifaqının siyasi sistemi”, “Lobbiçilik”, “Avropa birliyinə daxil olmanın Avstriya təcrübəsi”, “Avropa yerli idarəçiliyində nümunəvi inzibatçılıq” mövzuları ətrafında müzakirələr aparılacaq. Avstriyalı mütəxəssis Tomas Proroqun aparıcı olduğu seminar bələdiyyə üzvləri və qulluqçuları üçün nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR