“Bakı Kəndləri İcması”nın təsis konfransı olacaq

“Bakı Kəndləri İcması”nın təsis konfransı olacaq
# 26 iyul 2007 12:03 (UTC +04:00)
Sentyabrda “Bakı Kəndləri İcması”nın təsis konfransı keçiriləcək. Bu barədə APA-ya icmanın Təşkilat Komitəsinin üzvü Eldəniz Quliyev məlumat verib. Onun sözlərinə görə, TK artıq iki aydır fəaliyyət göstərir və avqustun sonuna kimi hazırlıq işləri yekunlaşacaq. E. Quliyev TK-da Bakı kəndlərinin 10 tanınmış ziyalısının birləşdiyini, konfransda isə bütün kəndlərdən təmsilçilərin olacağını qeyd edib. İcma Bakı kəndlərinin mədəniyyəti və adət-ənənələrinin qorunması məqsədilə yaradılır. Son illər Bakının qədim adət-ənənələrinin itdiyini, keçmişi xatırladan abidələrin məhv edildiyini deyən E. Quliyev icmanın Bakının kəndlərində yaşayan digər ziyalıları, mütərəqqi fikirli ağsaqqalları, din xadimlərini, Abşeron kəndlərindən seçilmiş millət vəkillərini bu prosesin qarşısını almaq üçün səfərbər etmək niyyətində olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR