Sabah Tovuzda “Şükranlıq günü” adı altında məhsul bayramı keçiriləcək

Sabah Tovuzda “Şükranlıq günü” adı altında məhsul bayramı keçiriləcək
# 31 iyul 2007 09:50 (UTC +04:00)
Sabah Tovuzda məhsul bayramı keçiriləcək. APA-nın Qərb bürosunun məlumatına görə, rayon rəhbərliyinin təşəbbüsü ilə keçiriləcək bu bayram “Şükranlıq günü” adlanır. Məhsul bayramının avqustun 1-də keçirilməsinə səbəb rayonda torpaq islahatlarının məhz bu tarixdə başlamasıdır. Tovuzun dağlıq Kiran kəndində keçiriləcək bayram mərasimində kənd təsərrüfatına dair xalq ənənələri nümayiş etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR