Nuşirəvan Məhərrəmli: “Lənkəran TV və STV-nin tezliyi üzrə elan edilmiş müsabiqə üzrə hələ də müraciət daxil olmayıb”

Nuşirəvan Məhərrəmli: “Lənkəran TV və STV-nin tezliyi üzrə elan edilmiş müsabiqə üzrə hələ də müraciət daxil olmayıb”
# 31 iyul 2007 14:19 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının (MTRŞ) iyunun 6-da Lənkəran TV-nin tezliyi, iyulun 17-də isə Türkiyənin “Samanyolu” (STV) televiziya kanalının ölkəmizdə yayımlandığı tezliklə bağlı elan etdiyi müsabiqə üzrə yeni müraciətlər daxil olmayıb. Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli məlumat verib. N. Məhərrəmli deyib ki, MTRŞ-yə Lənkəran TV-nin tezliyi ilə bağlı elan edilən müsabiqə üzrə indiyədək yalnız bir rəsmi müraciət olub: “Təəssüf ki, STV-nin ölkəmizdə yayımlandığı tezliklə bağlı elan olunmuş müsabiqə üzrə ümumiyyətlə, rəsmi müraciət edilməyib. Şifahi şəkildə maraqlananlar olsa da, indiyədək bu müsabiqə üzrə rəsmi müraciət yoxdur”.
Qeyd edək ki, MTRŞ-nin qərarı ilə lisenziya müddəti uzadılmayan Lənkəran TV-nin tezliyi üzrə iddiaçıların sayı 3-dən az olduğundan müsabiqənin müddəti avqustun 20-dək uzadılıb. STV-nin tezliyi üzrə müsabiqə isə avqustun 17-dək davam edəcək. Müsabiqənin nəticələri 1 ay ərzində yekunlaşaraq açıqlanacaq. Nəticələr yekunlaşandan sonra - sentyabrın 17-də STV-nin Azərbaycanda yayımı dayandırılacaq. Türkiyənin daha bir kanalı TRT-nin yayımı isə Azərbaycan və Türkiyə arasında imzalanmış müqavilənin müddəti başa çatanadək davam edəcək. MTRŞ-dən bildirilib ki, müqavilənin müddətinin başa çatmasına çox qaldığından hazırda bu məsələ müzakirə mövzusu deyil. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR