“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi “Demokratiyaya gedən yol mətbuatdan keçir” adlı layihənin icrasına başlayıb

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi “Demokratiyaya gedən yol mətbuatdan keçir” adlı layihənin icrasına başlayıb
# 05 sentyabr 2007 09:40 (UTC +04:00)
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi avqustun 1-dən “Demokratiyaya gedən yol mətbuatdan keçir” adlı layihənin hazırlıq mərhələsinə start verib. Layihənin əməli icra mərhələsi altı ay olmaqla sentyabrın 1-dən 2008-ci ilin martına kimi davam edəcək. İctimai birlikdən APA-nın Qərb bürosuna verilən məlumata görə, layihənin icrasında əsas məqsəd məhkəmələr tərəfindən mətbuat nümayəndələrinə qarşı irəli sürülən qərarları araşdırmaq və verilən qərarları İnsan Haqları üzrə Avropa Məhkəməsinin (İHAM) prinsip və standartları ilə uzlaşdırmaq, eləcə də mətbuat azadlığının nədən ibarət olduğunu tələbə jurnalistlərin və vətəndaş cəmiyyətinin digər əməkdaşlarının diqqətinə çatdırmaqdır. Layihənin icra müddəti zamanı mətbuat azadlığı mövzusunda Gəncə, Qazax, Şəmkir, İmişli və Bakı şəhərində dörd təlim keçiriləcək. Təlimlərin keçirilməsində əsas məqsəd İnsan Haqları üzrə Avropa Məhkəməsinin prinsip və standartlarına dair daha çox insanları məlumatlandırmaqdır. Layihə ABŞ səfirliyinin Kiçik Qrantlar Proqramının ayırdığı maliyyə vəsaiti hesabına icra edilir.
/APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR