“Simurq” TV Azərbaycanın Ermənistanla sərhədindəki ucqar kəndlərdə də yayımlanacaq

“Simurq” TV Azərbaycanın Ermənistanla sərhədindəki ucqar kəndlərdə də yayımlanacaq
# 06 sentyabr 2007 11:44 (UTC +04:00)
Tovuzda fəaliyyət göstərən “Simurq” regional televiziya kanalı Azərbaycanın Ermənistanla sərhədində yerləşən ucqar kəndlərdə də yayımlanacaq. Bu barədə APA-ya açıqlamasında “Simurq” TV-nin icraçı direktoru Namiq İsayev bildirib. Bununla belə, o, həmin ərazilərdə yayımlanmağın bəzi çətinlikləri olduğunu deyib: “Sərhəd kəndlərimizdə respublika səviyyəli kanallar da keyfiyyətli şəkildə yayımlanmır. Bu səbəbdən biz hazırda həmin ərazilərin coğrafiyasını öyrənməklə məşğuluq. Hesab edirik ki, sərhəd kəndlərimiz yerləşən ərazilərdə yeni ötürücü stansiyaların quraşdırılmasına ehtiyac var”.
N. İsayev deyib ki, “Simurq” TV həmin ərazilərdə yeni ötürücü stansiyaların quraşdırılması ilə bağlı müvafiq qurumlara müraciət edəcək.
Qeyd edək ki, 1995-ci ildə əsası qoyulan “Simurq” TV Gəncə və Qazaxda da yayımlanmaq üçün 2005-ci ildə Milli Televiziya və Radio Şurasından xüsusi razılıq (lisenziya) alıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR