Bala Kürün üzərindəki körpü yenilənir

Bala Kürün üzərindəki körpü yenilənir
# 06 sentyabr 2007 12:26 (UTC +04:00)
Ələt-Astara yolunun 58-ci kilometrliyində, Salyan rayonunun ərazisində Akkuşa (Bala Kür) çayının üzərindəki körpü təmirə dayandırılıb. Bu barədə APA-ya rayon İcra Hakimiyyətinin başçısı Rasim Bəşirov məlumat verib. Onun sözlərinə görə, ötən əsrin 40-cı illərində salınmış körpü köhnəldiyindən, onun istifadəsi təhlükə yarada bilərdi. Buna görə də körpünün yenilənməsinə başlanıb. Magistral yoldakı hərəkəti dayandırmamaq üçün körpünün yaxınlığında müvəqqəti olaraq yüngül çəkili maşınlar üçün körpü salınıb. R. Bəşriov cənuba gedən yük maşınlarının körpü yenilənənə kimi Neftçala rayonundan keçəcəyini qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR