Lənkəran TV-nin tezliyi “Cənub TV”-yə verilib

Lənkəran TV-nin tezliyi “Cənub TV”-yə verilib
# 07 sentyabr 2007 13:40 (UTC +04:00)
MTRŞ-dən APA-ya verilən məlumata görə, Şuranın qərarı ilə müsabiqənin yeganə iştirakçısı olan “Cənub TV” MMC-yə 6 il müddətinə yayım üçün xüsusi razılıq (lisenziya) verilib.
Qeyd edək ki, lisenziya müddəti uzadılmayan Lənkəran TV-nin yayımlandığı 29-cu tezlik üzrə bu il iyunun 6-da elan edilən müsabiqəyə müraciət edən iddiaçıların sayı 3-dən az olduğuna görə sonradan müsabiqənin müddəti avqustun 20-dək uzadılıb. MTRŞ Lənkəran TV-nin fəaliyyətini kanalın təsisçiliyində olan problemlərə görə dayandırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR