Şəmkir şəhərinin abadlaşdırılması üçün layihə müsabiqəsi keçiriləcək

Şəmkir şəhərinin abadlaşdırılması üçün layihə müsabiqəsi keçiriləcək
# 11 sentyabr 2007 14:14 (UTC +04:00)
Şəmkir şəhərinin abadlaşdırılması üçün layihə müsabiqəsi keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova məlumat verib. Onun sözlərinə görə, Şəmkir Rayon İcra Hakimiyyətinin təklifi ilə universitetin müəllim və tələbələri şəhərin abadlaşmasında iştirak edəcəklər. Şəmkir şəhərinin mərkəzi küçələrinin və parkının yenidən qurulması nəzərdə tutulub. Bu məqsədlə hazırlanan layihələrin müsabiqəsi keçiriləcək. Memarların hazırladığı ən yaxşı layihələr qəbul ediləcək və şəhərin abadlaşması bu layihələr əsasında həyata keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR