Yaxın günlərdə Azərbaycan prezidentinin məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi ilə bağlı sərəncam verəcəyi gözlənilir

Yaxın günlərdə Azərbaycan prezidentinin məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi ilə bağlı sərəncam verəcəyi gözlənilir
# 11 sentyabr 2007 15:54 (UTC +04:00)
Bunu “APA-Economics”ə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti Departamentinin direktoru Sənan Hüseynov bildirib.
S.Hüseynovun sözlərinə görə, hazırda respublikanın 12 rayonunda 15 fin tipli qəsəbə var ki, burada da 6227 məcburi köçkün ailəsi, yəni 25 min 550 nəfər məskunlaşıb. Müdafiə Nazirliyinin 5 şəhər və rayondakı hərbi hissələrinə məxsus binalarında 1479 köçkün ailəsi - 6060 nəfər, 45 şəhər və rayondakı 262 məktəbdə 2768 köçkün ailəsi - 11 min nəfər yaşayır. Bu köçkünlərin müvəqqəti məskunlaşması üçün yeni yaşayış yerlərinin Dövlət Neft Fondundan ayrılan maliyyə vəsaiti hesabına salınması nəzərdə tutulur.
Qeyd edək ki, 2001-2007-ci illərdə Dövlət Neft Fondundan ayrılmış 360 mln. manat həcmində vəsait və digər mənbələrdən olan vəsaitlər hesabına qaçqın və məcburi köçkün ailələri üçün 15 713 yaşayış evindən ibarət 49 qəsəbə salınıb. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR