Bakının Nərimanov rayonu ərazisindəki məzarlığın başqa yerə köçürülməsi ilə əlaqədar mətbuat konfransı keçirilib

Bakının Nərimanov rayonu ərazisindəki məzarlığın başqa yerə köçürülməsi ilə əlaqədar mətbuat konfransı keçirilib
# 12 sentyabr 2007 13:14 (UTC +04:00)
Bakının Nərimanov rayonu ərazisindəki məzarlıqda dəfn olunmuş Böyük Vətən Müharibəsi iştirakıçılarının və digər insanların qalıqlarının çıxarılaraq başqa yerə köçürülməsi ilə əlaqədar mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Rus İcmasının təşkilatçılığı ilə keçirilən tədbirdə “Azərbaycan Əsgər Anaları”, “Sodrujestvo” və “Zemlyaçestvo Kazakov Azerbaydjana” cəmiyyətlərinin nümayəndələri iştirak ediblər. “Sodrujestvo” Cəmiyyətinin sədr müavini Aleksandr Alekseyev yol çəkilməsinə etiraz etmədiklərini, amma qəbirlərin köçürülməsinin müvafiq qanunlara uyğun və dini dəyərlərə hörmət əsasında həyata keçirilməsini istədiklərini bildirib. Onun sözlərinə görə, qəbirlərin başqa yerə köçürülməsi üçün Hövsan və Qaradağda ayrılmış yerlər ölü sahiblərinin yaşadıqları yerdən uzaqdır. Tədbir iştirakçıları qəbirlərin köçürülməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qabaqcadan məlumatlandırılmadıqlarını da söyləyiblər. Məsələ ilə bağlı Koordinasiya Şurası yaradılıb. Koordinasiya Şurasının üzvləri yaranmış problemi qəbirlərin təhqir olunması kimi qiymətləndirərək məhkəmə iddiası qaldırmağı planlaşdırdıqlarını bildiriblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR