Azərbaycan və Rusiya əmək miqrasiyasına dair saziş imzalayacaq
17 sentyabr 2007 12:43 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında əmək miqrasiyasına dair hökumətlərarası sazişin layihəsi hazırlanır. Bu barədə “APA-Economics”ə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Vahab Məmmədov məlumat verib.
“Hazırda saziş layihəsinin tərəflər arasında razılaşdırılması prosesi gedir və artıq Azərbaycan bu prosesi yekunlaşdırıb. Rusiya tərəfi də yaxın vaxtlarda bunu yekunlaşdıracaq”, - deyə V.Məmmədov vurğulayıb.
ƏƏSMN rəsmisinin sözlərinə görə, bu günlərdə Rusiyada səfərdə olan Azərbaycan nümayəndə heyətinin Moskvada keçirdiyi görüşlərdə əsas müzakirə mövzularından biri də məhz əmək miqrasiyasına dair hökumətlərarası sazişin imzalanması olub.
Qeyd edək ki, bu günədək Azərbaycan yalnız Belarusla anoloji saziş imzalayıb.
V.Məmmədovun sözələrinə görə, bunun ardınca Türkiyə və digər bir neçə ölkə ilə anoloji sənədlərin imzalanması nəzərdə tutulub. /APA-Economics/

Sosial
Quba, Masallı, Sabirabad və Şəkidə də peşə hazırlığı mərkəzləri yaradılır
11:27
10 sentyabr 2024
Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib
11:21
10 sentyabr 2024
Avqustda yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb
10:34
10 sentyabr 2024
Bu ilin 8 ayında pensiya ödənişlərinə yönəldilmiş vəsaitin həcmi açıqlanıb
10:25
10 sentyabr 2024