Gələn ildən əcnəbi dillərdə yayımlanacaq filmlərə qadağa qoyulması ilə bağlı Azərbaycan televiziyalarına yenidən müraciət olunub

Gələn ildən əcnəbi dillərdə yayımlanacaq filmlərə qadağa qoyulması ilə bağlı Azərbaycan televiziyalarına yenidən müraciət olunub
# 19 sentyabr 2007 09:54 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarına 2008-ci il yanvarın 1-dən etibarən yayımlanacaq filmlərin Azərbaycan dilində səsləndirilməsi ilə bağlı müraciət göndərib. MTRŞ-dən APA-ya verilən məlumata görə, müraciətdə şuranın bu ilin əvvəllərində qəbul etdiyi qərar yenidən nəzərə çatdırılıb. Şuradan bildirilib ki, müraciət eyni zamanda telekanallarda filmlərin ana dilimizdə səsləndirilməsi barədə görülən işlərin hansı səviyyədə olduğunu aydınlaşdırmaq məqsədi daşıyır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR