Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli mərkəzlərində struktur dəyişiklikləri aparılacaq

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli mərkəzlərində struktur dəyişiklikləri aparılacaq
# 27 sentyabr 2007 09:17 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli mərkəzlərində struktur dəyişiklikləri aparılacaq. Nazirliyin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov “APA-Economics”ə bildirib ki, struktur dəyişikliyinin aparılmasında məqsəd əhaliyə operativ və yüksək keyfiyyətli xidmət göstərməkdir. Dəyişikliyin aparılması üçün mütəxəssislər arasında vəzifə bölgüsünün mexanizmi qurulacaq. Bundan əlavə, sənədlərin qəbulu proseduru asanlaşdırılacaq. İslahatlara bu ildən sınaq məqsədilə həyata keçirilən “Azərbaycanda azətəminatlı ailələrin sosial reabilitasiyası Proqramı” hökumət tərəfindən qəbul olunduqdan sonra başlanılacaq. Proqramın isə gələn ilin payızında hökumət tərəfindən qəbul edilməsi gözlənilir.
Nazirlikdən bildirilib ki, mütəxəssislər arasında vəzifə bölgüsünün mexanizminin hazırlanmasına artıq başlanılıb. İlin sonuna kimi bu mexanizmin “Azərbaycanda azətəminatlı ailələrin sosial reabilitasiyası Proqramı”nın həyata keçirilməsi üçün seçilən 3 pilot rayondakı yerli sosial müdafiə mərkəzlərində tətbiqinə başlanılması nəzərdə tutulur. Dəyişiklər nəticəsində işçilər arasında ixtisarların olması gözlənilmir. Əksinə, bu dəyişiklər sayəsində mərkəzlərin strukturunun genişləndirilməsi planlaşdırılır. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR