Heydər Əliyev Fondunun binası iki gün BMT-nin rəsmi rəngində işıqlandırılacaq

Heydər Əliyev Fondunun binası iki gün BMT-nin rəsmi rəngində işıqlandırılacaq
# 10 noyabr 2007 09:33 (UTC +04:00)
Noyabrın 13-dən 15-dək Heydər Əliyev Fondunun binası dünyanın digər 110 tanınmış binası ilə yanaşı, mavi rəngdə işıqlandırılacaq. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondu Beynəlxalq Diabet Federasiyasının diabetə qarşı mübarizəyə aid öhdəliklərini nümayiş etdirmək məqsədi ilə bütün dünyada rəmzi xarakter daşıyan binaların BMT-nin rəsmi rəngi olan mavi rəngdə işıqlandırılması haqqında təşəbbüsünə qoşulmaq qərarını verib. Bu kampaniya 14 noyabr- Ümumdünya Diabet Günü münasibətilə keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR